kriminal.az
AVRO-2024-də ilk turun rəmzi komandası açıqlandı

AVRO-2024-ün ilk turu çərçivəsində keçirilən görüşlərdən sonra ən yaxşı 11 futbolçu seçilib.

Kriminal.Az xəbər verir ki, ilk 11-liyin hücum xəttində Almaniya millisinin üzvü Kay Havertz qərarlaşıb.

Sol cinah hücum xətti üçün Niderland millisinin futbolçusu Qakpo, sağ cinah hücum xətti üçün isə Danimarka seçməsinin üzvü Eriksen seçilib.

Yarımmüdafiə xəttində isə İspaniyadan Fabian Ruiz, İsveçrədən Qranit Caka və Abisçer, İspaniyadan isə Karvaxala yer verilib.

Müdafiəçilərdən isə niderlandlı futbolçu Natan Ake, Türkiyədən Samet Akaydın, İtaliyadan isə Bastoni qərarlaşıb.

Qapı xətti isə ispaniyalı qolkiper Unayi Simona həvalə olunub.

Top
0.10552597045898