kriminal.az

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Kriminal.Az xəbər verir ki, Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

I təsnifat mərhələsində "Şerif" komandası ilə qarşılaşacaq "qartallar" Moldova klubunu keçəcəyi təqdirdə, II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

"Panatinaikos"(Yunanıstan)

"Makkabi" (Petah Tikva, İsrail)

"Elfsborq" (İsveç) – "Pafos" (Kipr) cütünün qalibi

"Pakş" (Macarıstan) – "Korvinul" (Rumıniya) cütünün qalibi

Xatırladaq ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Top
0.077125072479248