26 yaşlı Təhminənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun atası Vəkil Həsənov məlumat verib.
O bildirib ki, övladı Təhminə iki ildir qan xərçəngindən əziyyət çəkir:
"Bu iki ildə bir çox müalicələr etmiş olsaq da, onun səhhətində irəliləmə qeydə alınmayıb. Həkimlər onun təcili ilik nəqli əməliyyatı olmalı olduğunu dedi. Təhminə hazırda Türkiyədədir, o, iyun ayının 22-si bu əməliyyatı keçirməlidir".
Vəkil Həsənov Təhminənin qardaşının donoru olduğunu deyib:
"Təhminənin qardaşı hərbi xidmətdə idi. Bacısının vəziyyətinə görə icazə alıb, Türkiyəyə yollamışıq. Təhminənin donoru öz qardaşıdır. Bu əməliyyat üçün bizim 80 000 dollara (136 min manat) ehtiyacımız var. Biz bu məbləğin cəmi 31 000 manatını toplaya bilmişik. Yardımsevər şəxslərdən Təhminəyə dəstək olmaqlarını xahiş edirəm. O, çox dünyagörüşlü, perspektivli gəncdir. Xəstəlik onu öz cənginə alıb. Sizdən mənim övladıma dəstək olub, onu həyata qaytarmaqda bizə dəstək olmağınızı xahiş edirəm. İnanın bu vəziyyətdə bizim sizdən gələn 1-2 manata belə böyük ehtiyacımız var".
Ailə ilə əlaqə: (070) 318-58-30.
Kapital Bank: 5239 1517 7089 2720.