Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb.
Kriminal.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ana ölümlərinin statistikasını təhlil edəndə müşahidə edilir ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir:
"Misal olaraq, 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölür. Deməli onun ailə quranda 16-17 yaşı olub".