Rusiyanın Çeçenistan Respublikasında yağışla müşayiət olunan qasırğa 80 mindən çox sakini işıqsız qoyub.
Güclü külək ağacları yerindən qoparıb, evlərin damlarını uçurub.
Qeyd olunur ki, respublikanın fövqəladə hallar xidmətləri təbii fəlakətə qarşı nəzərdə tutulan tədbirlər planını həyata keçirib.
Evlərə, şəhər infrastrukturuna, şəxsi nəqliyyat vasitələrinə zərər dəysə də, insanlar arasında xəsarət alanların olmadığı bildirilir.
Mənbə: Mash