kriminal.az
Türkiyə klubu 25 matçda 40 qol buraxan Şahruddinlə yollarını ayırdı

Türkiyənin Super Liqa klubu "Adana Demirspor" azərbaycanlı qapıçı Şahruddin Məhəmmədəliyevlə müqaviləyə birtərəfli qaydada xitam verib.

O, ötən mövsümdə komandası ilə iştirak etdiyi 25 matçda 40 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Şahruddin ötən yay transfer dövründə "Qarabağ"dan "Adana Dəmirspor"a 900 min avroya transfer olunub.

Mənbə: Milliyet

Top
0.048667192459106