Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.
Kriminal.Az-ın məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.
Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.
Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.
Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.
Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.
Futbol üzrə 2024-cü il Avropa çempionatının F qrupunda Türkiyə və Portuqaliya milliləri arasında görüşün start fiti səsləndirilib.
Kriminal.Az xəbər verir ki, qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edir.
Qeyd edək ki, ilk oyunda Türkiyə Gürcüstanı 3:1, Portuqaliya isə Çexiyanı 2:1 hesabı ilə məğlub edib.
AVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub edib