kriminal.az
Venesuelada güclü zəlzələ baş verib

Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 kilometr şimal-şərqdə olub. Zəlzələnin ocağı 98 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS

Top
0.050305128097534