kriminal.az
Amerika Kuboku: ABŞ Boliviyanı, Uruqvay isə Panamanı məğlub edib

Futbol üzrə Amerika Kubokunun C qrupunda ABŞ yığması Boliviya millisi ilə, Uruqvay isə Panama ilə qarşılaşıb.

Kriminal.Az xəbər verir ki, ABŞ millisi Boliviyanı 2:0 hesabı ilə məğlub edib.

Oyunun taleyi elə ilk yarıda həll olunub. Matçın 3-cü dəqiqsəində hesabı Kristian Pilişiç açıb. Folarin Baloqan isə 44-cü dəqiqədə ikinci qolu vurub.

Qrupun digər görüşündə isə Uruqvay etimadı doğruldub - 3:1.

Anar Həsənov

Hesabı Maksimiliano Arauxo 16-cı dəqiqədə vurduğu qolla açıb. Sonrakı qollar matçın ikinci yarısı və əlavə olunmuş dəqiqələrə təsadüf edib. Belə ki, Uruqvay millisinin 85-ci (Darvin Nunyes) və 90+1-ci (Matias Vinya) dəqiqədəki qollarına Panama 90+4-cü dəqiqədə Mikael Murilyonun qolu ilə cavab verə bilib.

Qeyd edək ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də keçiriləcək.

Top
0.32825112342834