Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları başa çatmaq üzrədir.
Kriminal.Az xəbər verir ki, C qrupunda qərarlaşan komandalar bu gecə növbəti mərhələyə adlamaq uğrunda mübarizəyə start verəcəklər.
İngiltərə yığması Sloveniya millisi ilə, Danimarka isə Serbiya ilə üz-üzə gələcək. Aktivində dörd xalı olan İngiltərə seçməsi Sloveniyanı məğlub edərək və ya heç-heçəyə razılaşaraq növbəti mərhələyə lider kimi adlamaq niyyətindədir. Əks halda, yəni Sloveniya seçməsi İngiltərə ilə, Danimarka isə Serbiya ilə matçda qələbə qazanarsa, ingilislər növbəti mərhələyə qrupun ən yaxşı üçüncüsü kimi yüksələcəklər. Bu isə öz növbəsində, təbii ki, Serbiya və Danimarka seçmələri üçün müsbət hal sayılacaq.
Günün digər görüşləri isə D qrupunda keçiriləcək. Niderland Avstriya ilə, Fransa isə Polşa ilə üz-üzə gələcək. Hərəyə dörd xalı olan Niderlandla Fransa mütləq qələbə qazanaraq növbəti mərhələyə lider kimi adlamaq niyyətindədirlər. Niderland-Avstriya görüşünün qalibi avstriyalılar olacaqları təqdirdə isə növbəti mərhələyə qrupun ən yaxşı üçüncüsü kimi Niderland millisi yüksələcək.
25 iyun
D qrupu
Fransa - Polşa
Saat 20:00, "Signal Iduna Park"
Niderland - Avstriya
Saat 20:00, "Olympiastadion"
C qrupu
Danimarka - Serbiya
Saat 23:00, "Allianz Arena"
İngiltərə - Sloveniya
Saat 23:00, "RheinEnergieStadion"