kriminal.az
Amerika Kuboku: Panama ABŞ ilə, Uruqvay isə Boliviya ilə üz-üzə

Amerika Kubokunun C qrupunda qərarlaşan komandaların görüşündə Panama ABŞ ilə, Uruqvay isə Boliviya ilə qarşılaşacaq.

Kriminal.Az xəbər verir ki, hərəyə üç xalı olan Uruqvay və ABŞ iyunun 28-də keçiriləcək görüşdə də qalib gələrək mövqelərini gücləndirmək niyyətindədir.

Hazırda xalsız olan Panama və Boliviya seçmələri isə qələbə qazanaraq növbəti mərhələyə adlama şanslarını davam etdirmək istəyirlər.

Qeyd edək ki, Uruqvay ilk görüşdə Panamanı 3:1, ABŞ isə Boliviyanı 2:0 hesabı ilə məğlub etmişdi.

28 iyun

C qrupu

Panama - ABŞ

Saat 02:00, "Mercedes-Benz Stadionu"

Uruqvay - Boliviya

Saat 05:00, "MetLife Stadionu"

Top
0.10982799530029