"Gürcüstan millisinin futbolçuları Almaniyada keçirilən Avropa çempionatının pley-off mərhələsinə çıxdıqlarına görə vəd edilən 30 milyon lari (10 milyon dollardan çox) mükafatı artıq alıblar".
Bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
"Qrupdan çıxmaq üçün nəzərdə tutulan ilk 30 milyon artıq milli komandaya transfer olunub. Milli komandanın oyunçuları ilə görüşdə onlara növbəti oyun üçün də belə bir mükafatın veriləcəyini xatırlatdıq", - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, iyunun 26-da Gürcüstan qrup mərhələsinin son oyununda Portuqaliya yığmasını məğlub edərək (2:0) turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. 1/8 finalda gürcülər iyunun 30-da İspaniya yığması ilə qarşılaşacaqlar.
Mənbə: TASS