kriminal.az
Sumqayıtda yaşayış binasında YANĞIN: Tüstüdən zəhərlənənlərin vəziyyəti açıqlandı

Abşeron rayonu "Şəfəq" qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına altı nəfər (kişi cinsli) yerləşdirilib.

Bu barədə "Report"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan üç nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda üç nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.

"Report" xəbər verir ki, yanğın nəticəsində altı nəfər tüstüdən zəhərlənib:

2001-ci il təvəllüdlü Tural Məmmədov,

1994-cü il təvəllüdlü Elvin Nağıyev,

1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,

Tərlan Kərimov,

Mütəllim İbrahimov,

Fərid Nədibov.

Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Kriminal.Az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Hadisə nəticəsində tüstüdən zəhərlənən dörd nəfər xəstəxanaya yerləşdirilib.

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

"Report" xəbər verir ki, hadisə "Stansiya Sumqayıt" adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, bir neçə nəfər tüstüdən zəhərlənib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Top
0.07558798789978