Albaniya dünyada süni intellekti hökumətdə nazir təyin edən ilk ölkə olub.
Kriminal.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Diella” adlanan bu model dövlət satınalmalarına cavabdeh olacaq.
Albaniyanın Baş naziri Edi Rama bildirib ki, "Diella" hökumətin fiziki olaraq mövcud olmayan ilk üzvüdür. O, tamamilə virtual şəkildə, süni intellekt əsasında hazırlanıb.
"Diella"ya dövlət tenderləri ilə bağlı qərarların qəbulu həvalə ediləcək. Məqsəd satınalma sistemini korrupsiyadan tamamilə uzaq tutmaqdır. Artıq bu model ölkə vətəndaşlarına dövlət xidmətlərinə çıxış imkanı verən e-Albania platformasında istifadə olunur.
Albaniya hakimiyyəti süni intellektdən həmçinin dövlət satınalmalarının idarə olunmasında, qanunsuz şəhər tikintisinin izlənməsində və kənd ərazilərində narkotik istehsalının aşkarlanmasında da istifadə edir.(Axşam.az)