kriminal.az

"Real Madrid" klubu ilə yollarını ayıran Naço Fernandes yeni mövsümdən etibarən Səudiyyə Ərəbistanı klubunun şərəfini qoruyacaq.

Məlumata görə, təcrübəli müdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Qədsiah" komandasına transfer olunub.

Naço Fernandes "Əl-Qədsiah" klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Futbolçunun nə qədər maaş alacağı isə hələ də məlum deyil.

Qeyd edək ki, Naço Fernandesin "transfermarkt" portalındakı hazırkı dəyəri üç milyon avro olaraq qeyd olunub.

Mənbə: Marca.com

Top
0.079760074615479