kriminal.az
Məşhur amerikalı aktyorun oğlunun bank hesabları bağlandı

Məşhur amerikalı aktyor Stiven Siqalın oğlu Dominik Siqala məxsus Moskva şirkətinin iki bankdakı dörd hesabı bağlanıb.

"Adk Group" şirkəti kiçik Siqal və onun rusiyalı həyat yoldaşı, Obninskdən olan model Ayrin Danilovaya məxsusdur.

Rəsmi olaraq onlayn ticarətdə ixtisaslaşan "Adk Group" 2023-cü ilin dekabrında cütlüyün toyundan üç ay əvvəl açılıb.

2024-cü il iyunun əvvəlində Rusiyanın Federal Vergi Xidməti "Adk Group"un "Sberbank" və "T-Bank"dakı dörd hesabını bağlayıb. Səbəblərdən biri vergi bəyannaməsinin müfəttişliyə təqdim edilməməsi olub.

Qeyd edək ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb. Onun oğlu Dominikin də Rusiya pasportu var.

Mənbə: octagon.media

Top
0.11601996421814