Get-gedə süd, süd məhsulları və balıq kimi əsas yod mənbələrini digər qidalar əvəzləyir. Bu da öz növbəsində, xüsusilə hamiləlik dövründə qadınların sağlamlıq risklərini artırır.
Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun və Yod Qlobal Şəbəkəsinin pəhrizdəki dəyişikliklərlə əlaqədar orqanizmdə yod çatışmazlığı risklərinə dair hesabatında deyilir.
Süd və süd məhsulları bir çox Qərbi və Mərkəzi Avropa ölkələrində, xüsusən də uşaqlar üçün yodun mühüm mənbəyidir. Bir çox heyvan yemi və əlavələri onların sağlamlığını və yaxşı süd verə bilmələri üçün xüsusi olaraq bu elementlə zənginləşdirilib.
Gənclər və böyüklər arasında süd məhsulları istehlakı azalma tendensiyası nümayiş etdirir və bununla da yod çatışmazlığı riskini artırır. Yod qəbulu hamiləlikdən əvvəl və hamiləlik zamanı dölün beyin inkişafı üçün xüsusilə vacibdir.
Mənbə: TASS