Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada "Şahmat ulduzları" turnirində iştirak edir.
İdman.biz xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.
Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterina Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.
Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.