İtaliya millisinin baş məşqçisi Luçano Spaletti futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində komandanın məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürüb.
"Turniri tərk etdiyimizə görə məsuliyyəti mən daşıyıram. Seçimi mən etdim. Başqa heç bir şey edə bilmədik. Prezident Qravina ilə gələcək haqqında danışacağam, çünki o, mənimlə həmişə son dərəcə korrekt olub", - deyə 65 yaşlı L.Spaletti bildirib.
Qeyd edək ki, İtaliya yığması İsveçrə yığmasına 0:2 hesabı ilə uduzaraq AVRO-2024-də iştirakını başa vurub.
Mənbə: Rsport