Livanın baş naziri postunu müvəqqəti icra edən Nəcib Mikati bildirib ki, ölkəsi İsrail tərəfindən psixoloji müharibəyə məruz qalır.
Bu barədə hökumət başçısı Cənub Hərbi Dairəsinin Tiredəki bazasına səfəri zamanı bildirib.
Baş nazir əlavə edib ki, Livan hökumətinin səyləri cənub rayonlarının sakinlərinin müdafiəsinə və İsraillə sərhəddə atəşkəsin bərpasına yönəlib.
Qeyd edək ki, xüsusən son günlər İsrail-Livan sərhədində qarşılıqlı raket zərbələri səngimək bilmir. Siyasi şərhçilər bildiriblər ki, bu vəziyyət regionda növbəti müharibə ocağının yaranması ehtimalını artırır.
Mənbə: The Times of Israel