kriminal.az
Hindistanda beş hərbçi tankda boğuldu

Hindistanda beş hərbçi Ladax sektorunda çaydan keçərkən boğulub. Onların içində olduqları tank suda batıb.

Bildirilir ki, tank hərbi təlim zamanı Şek çayında suyun səviyyəsinin qəfil qalxması səbəbindən batıb.

Hindistanın müdafiə naziri Rajnath Sinqh sosial şəbəkə səhifəsində həlak olanların ailələrinə başsağlığı verib və mərhumların öz xalqına xidmət edən igid əsgərlər olduqlarını qeyd edib.

Mənbə: iz.ru

Top
0.10940718650818