kriminal.az

"Turan Tovuz" Xəyal Nəcəfovla yeni müqavilə imzalayıb.

Kriminal.Az xəbər verir ki, bu barədə klub özü məlumat yayıb.

Bildirilib ki, son iki mövsümü bölgə təmsilçisinin heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu "Turan Tovuz"un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.

Top
0.087372779846191