kriminal.az

"Pixar" studiyasının "Inside Out 2" cizgi filmi 2024-cü ildə bir milyard dollardan çox gəlir əldə edən ilk film olub.

Film iyunun 14-də nümayiş olunub. Bu müddət ərzində o, Şimali Amerikada 469,3 milyon dollar gəlir əldə edib və dünya üzrə ümumi gəliri 1,015 milyard dollar təşkil edib.

ABŞ-də "Inside Out 2" artıq bu ilin ən çox gəlir gətirən "Dune: Part Two" filmini ötüb. O, həmçinin dünya üzrə 859 milyon dollar gəlir əldə edən ilk filmi də geridə qoyub.

Hazırda "Inside Out 2" 2024-cü il reytinqinə başçılıq edir.

Qeyd edək ki, Pit Dokterin "Inside Out" cizgi filmi 2015-ci ildə işıq üzü görüb. 2016-cı ildə ən yaxşı animasiya filminə görə "Oskar" mükafatı alıb.

Mənbə: Variety

Top
0.35409498214722