"Warner Bros" üçün yenilənmiş buraxılış cədvəli açıqlanıb.
Bununla da Deni Vilnyovun rejissoru olduğu "Dyuna" trilogiyasının üçüncü filminin kinoteatrlarda nümayişi üçün mümkün tarix bəlli olub.
Film ekranlara 18 dekabr 2026-cı ildə çıxacaq.
Qeyd edək ki, filmin ikinci hissəsi birincisini premyera günündə populyarlıq baxımından geridə qoyub. O, həm də kassa gəlirlərinə görə birinci hissəni üstələyib və 2024-cü ildə ən çox gəlir gətirən film olub.
Mənbə: gazeta.ru