kriminal.az
Paşinyan:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə demokratiyanın keyfiyyətindən narazı olduğunu bəyan edib.

O bunu "Demokratiya uğrunda Ermənistan forumu"nda çıxışı zamanı deyib.

"Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilməyib", - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır.

"Bizim üçün demokratiya strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək", - o əlavə edib.

Mənbə: Ermənistan KİV

Top
0.10204291343689