Finlandiya parlamenti ABŞ ilə əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Sənədə əsasən Helsinki Vaşinqtona ölkə ərazisində 15 hərbi obyektə giriş imkanı verəcək.
Bundan əlavə, razılaşmaya görə ABŞ Finlandiya ərazisində müdafiə texnikası, təchizat və digər zəruri maddi vasitələr yerləşdirə biləcək. Saziş həmçinin respublikada ABŞ silahlı qüvvələrinin təyyarələrindən, gəmilərindən və digər nəqliyyat vasitələrindən istifadəni nəzərdə tutur.
Bundan başqa, sənəd ABŞ qüvvələrinin müdafiəsinin, təhlükəsizliyinin və qorunmasının təmin edilməsini ehtiva edir.
Qeyd edək ki, Finlandiya Prezidenti Aleksander Stubb bir müddət əvvəl Helsinkidə keçirilən mətbuat konfransında bildirmişdi ki, ölkənin öz ərazisində NATO-nun böyük qüvvələrinin daimi mövcudluğuna ehtiyacı yoxdur.
Mənbə: Yle