Polşada kimyəvi tullantılar anbarında partlayış və ardınca yanğın baş verib.
İlkin məlumatlara görə, hadisə Lodz Voyevodalığının Vola Laska şəhərində qeydə alınıb.
Əraziyə xilasedicilər qrupu göndərilib.
Lodz yanğınsöndürmə xidmətinin sözçüsü Lukas Qurçinskinin sözlərinə görə, insident nəticəsində altı nəfər yaralanıb. Yanğın 500 kvadratmetr ərazini əhatə edib.
Yerli hakimiyyət əhalidən təşvişə düşməməyi, evdə qalmağı və pəncərələri açmamağı xahiş edib.
Hüquq-mühafizə orqanları hələ də yanğının səbəbini müəyyən edə bilməyiblər.
Mənbə: rossaprimavera.ru