Yunanıstanda iyulun 1-dən altı günlük iş həftəsi tətbiq edilib.
İşəgötürənlər əlavə iş günü üçün adi gündəlik əmək haqqının 40%-ni ödəməli olacaqlar.
Qanuna görə, işçilər əlavə iş günündən imtina edə biləcəklər. Altıncı iş gününü tətbiq etmək üçün işəgötürən əlavə səy tələb olunduğunu sübut etməli olacaq.
Altıgünlük iş həftəsi 24 saatlıq iş qrafiki olan dövlət qurumlarına, sənaye müəssisələrinə və özəl müəssisələrə şamil edilir. İstisnalara qida sənayesi, turizm, təhsil müəssisələri və gecə növbəsi ilə işləyən müəssisələr daxildir. Əgər iş bazar və ya bayram gününə düşərsə, işçiyə gündəlik əməkhaqqının 115%-i, gecə işi üçün isə 25% bonus verilir.
Mənbə: news.ru