kriminal.az
Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan sonuncu komandalar bəlli olur

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsində sonuncu görüşlər keçiriləcək.

Kriminal.Az xəbər verir ki, D qrupunda qərarlaşan Braziliya Kolumbiyanı, Kosta-Rika isə Paraqvayı qəbul edəcək.

Hazırda aktivində altı xalı olan Kolumbiya millisi növbəti mərhələyə lider kimi yüksəlmək üçün bu gecə Braziliyanı məğlub etmək niyyətindədir. Braziliyalılar isə 1/8 final mərhələsinə yüksəlmək üçün mütləq qələbə qazanmalıdırlar.

Belə ki, aktivində 1 xalı olan Kosta-Rika seçməsi Paraqvayla görüşdə qalib gələcəyi və Braziliya Kolumbiyaya məğlub olacağı təqdirdə növbəti mərhələyə yüksələn Kosta-Rika millisi olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 5:00-da start götürəcək.

3 iyul

D qrupu

Braziliya - Kolumbiya

Saat 5:00, "Levi's Stadium"

Kosta-Rika - Paraqvay

Saat 5:00, "Q2 Stadium"

Top
0.099676132202148