kriminal.az
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar

Aktyorlar Cennifer Lopez və Ben Afflek boşanma şayiələri fonunda ortaq malikanələrindən əntiq əşyalar satırlar.

Məlumata görə, Cennifer Lopez və Ben Afflek Los-Ancelesdəki ortaq evlərində olan sənət əsərlərini satmaq qərarına gəliblər. Əntiq əşyaların bir hissəsinin iyunun əvvəlində alındığı bildirilir.

Qeyd edək ki, may ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb.

Mənbə: Gazeta.ru

Top
0.080481052398682