"Kubada elektron dinləmə stansiyalarının sayı nəzərəçarpacaq dərəcədə artıb".
Bu barədə "The Wall Street Journal" peyk şəkillərinə istinadən məlumat verib.
Məqalədə vurğulanıb ki, bu obyektlər Çinlə əlaqəli ola bilərlər.
Araşdırmada bildirilib ki, ABŞ-nin Quantanamo körfəzindəki hərbi-dəniz bazasından təxminən 70 mil məsafədə əvvəllər məlum olmayan obyektin tikintisi xüsusilə narahatlıq doğurub.
O da vurğulanıb ki, bu məlumatlar Çin və Kubanın müdafiə, kəşfiyyat sahəsində daha sıx əlaqələr, o cümlədən adada yeni birgə hərbi təlim mərkəzi və radio kəşfiyyat obyektinin yaradılması barədə danışıqlar apardığını təsdiqləyir.
Mənbə: Topcor.ru