kriminal.az
Moskvada 134 illik temperatur rekordu qırıldı

Moskvada 1890-cı ilin rekordu qırılıb.

İyulun 2-də Rusiya paytaxtında havanın temperaturu 32 dərəcəyə qalxıb.

Ölkənin Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, əvvəllər bu gün üçün maksimal göstərici 31,9 dərəcə olub.

O əlavə edib ki, günorta saatlarında Balçuq rayonunda havanın temperaturu 33,2 dərəcəyə çatıb.

Mənbə: TASS

Top
0.14464712142944