Rusiya və Belarusdan olan turistləri Alanyadan Antalya Hava Limanına aparmaq üçün səhər saatlarında yola çıxan avtobus Manavqatda körpü qovşağının girişində qəzaya uğrayıb.
Məlumata görə, avtobus beton dirəyə dəyib və zərbənin gücündən aşıb. Hadisə nəticəsində 20-dən çox yaralının olduğu bildirilir.
Qeyd edək ki, avtobusun ön hissəsi tamamilə əzilib. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Mənbə: ntv.com