"Böyük Britaniyanın kralının oğlu şahzadə Harri əgər özünün qalmaqallı "Ehtiyat" memuarlarının nəşrinin səhv olduğunu etiraf etsə, kral ailəsinə qayıda bilər".
Bu barədə "New York Post" kral sarayının keçmiş xidmətçisi Qrant Harroldun sözlərinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, III Çarlz və onun həyat yoldaşı kraliça Kamilla hələ də Harriyə 2023-cü ildə nəşr etdirdiyi və doğma qardaşı şahzadə Uilyam, həmçinin ögey anası haqqında mənfi fikirlər söylədiyi kitaba görə incikdirlər.
"Ailənin bağışlamasını qazanmağa kömək edəcək yeganə yol isə onun ictimai bəyanatıdır ki, burada o, memuarların nəşri zamanı çətin dövr keçirdiyini və yazdıqlarına görə təəssüfləndiyini deməlidir. Lakin mən bunun baş verəcəyini düşünmürəm. Bəzi pis şeylər deyilib ki, onlar həmişəlik tarixdə qalacaq. Harri hələ kitabında yazdıqlarına görə peşman olacaq", - deyə Harrold vurğulayıb.