kriminal.az
Banqladeşdə bir milyondan çox insan daşqınlardan zərər çəkib

"1,3 milyondan çox Banqladeşli ölkənin şimal-şərqində daşqınlardan zərər çəkib".

Bunu Silhet rayon polis komissarı Əbu Əhməd Siddiq deyib.

O qeyd edib ki, onların yaşadığı kəndlərdəki evlər və yollar daşqın nəticəsində su altında qalıb.

Sinoptiklər bildiriblər ki, güclü leysan Brahmaputra, Dharla və Dudhkumar çaylarında su səviyyəsinin təhlükəli dərəcədə artmasına səbəb olub və Banqladeşin şimal-şərqində bir çox ərazilərdə daşqınlara səbəb olub. Eyni zamanda, meteoroloqlar yağışların növbəti 24 saat ərzində də davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, hakimiyyət hadisə qurbanlarına humanitar yardım təşkil edib. Su basmış ərazilərin sakinləri müvəqqəti çadır şəhərciklərinə köçürülüblər.

Mənbə: TASS

Top
0.14721512794495