kriminal.az

Meri Şellinin 1818-ci ildə yazdığı "Frankenşteyn" qorxu romanının ilk nəşri hərracda 843 750 dollara (təxminən 1,4 milyon manat) satılıb.

Bu, günümüzə qədər gəlib çatmış üç nüsxədən biridir.

Rəsmi adı "Frankenşteyn" və ya "Müasir Prometey" olan kitab, "Heritage Auctions" hərrac evinin bu ilin əvvəlində vəfat etmiş nadir kitab kolleksiyaçısı Uilyam Ştrutsun kitabxanasından toplanmış əsərlər kolleksiyasının incisi olub.

Qeyd olunub ki, "Frankenşteyn" üçün təklif 300 000 dollardan başlayıb, lakin tender müharibəsində onun qiyməti sürətlə artıb.

Məlumata görə, Ştruts kitabı 1975-ci ildə alıb. İndiyə qədər bu, fərdi kolleksiyada olan yeganə nüsxə idi - digər ikisi isə Nyu York Kitabxanasında Pfortsheymer və Berq kolleksiyalarının bir hissəsidir.

Dallasda (Texas, ABŞ) keçirilən hərracda kolleksiyaçının kitabxanasından digər nadir əsərlər, o cümlədən 425 min dollara (722,5 min manat) satılan 1925-ci ildə avtoqrafı olan Fitsceraldın "Böyük Qetsbi" əsərinin, eləcə də Tolkinin 300 min dollara (510 min manat) satılmış "Hobbit" əsərinin nüsxəsi təqdim edilib.

Mənbə: New York Post

Top
0.090605974197388