Gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynanın alyansa üzvlüyünü sürətləndirmək üçün "konkret yollar" təklif olunacaq.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Duqlas Cons deyib.
Onun sözlərinə görə, yekun bəyannamədə NATO-ya üzv ölkələr Ukraynanın alyansa üzv olacağını təsdiq edəcəklər.
Alyans, həmçinin Ukraynanı gələcəkdə Rusiyanın hücumlarından qorumağı və Kiyevi NATO üzvlüyünə hazırlamağı müzakirə edəcək.
Məlumatda, həmçinin qeyd olunub ki, Vaşinqtonda keçiriləcək sammitə NATO üzvü olmayan 35 tərəfdaş ölkənin xarici işlər nazirləri də dəvət olunacaqlar.