Rusiyanın Kuzbas vilayətində Uşaq Yaradıcılıq Sarayı qismən çöküb.
Sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşılıb.
Hadisə Belovo şəhərində baş verib. Binanın dördüncü mərtəbəsindən birinci mərtəbəyə qədər bütün hissəsi uçub.
Təsadüf nəticəsində uşaqlardan heç biri xəsarət almayıb, onlar hadisədən sonra bir neçə dəqiqə ərzində binanı tərk ediblər. İşçilər isə özləri təxliyə olublar.
Dağıntılar nəticəsində zərərçəkən olmayıb.
Faciənin bir addımlığında: Rusiyada uşaq yaradıcılıq sarayı çökdü
Faciənin bir addımlığında: Rusiyada uşaq yaradıcılıq sarayı çökdü
Mənbə: "112" "Telegram" kanalı