kriminal.az
Culiya Roberts evliliklərinin ildönümündə əri ilə nadir fotosunu paylaşıb

Hollivud aktrisası Culiya Roberts əri, kinooperator Deniel Moder ilə evliliklərinin ildönümündə nadir fotosunu paylaşıb.

Məlumata görə, "Gözəlçə" filminin ulduzu əri ilə öpüşərkən çəkilmiş fotosunu dərc edib.

"22 il. Səni sevirəm", - deyə sənətçi yazıb.

Qeyd edək ki, cütlük 2000-ci ildə "Meksikalı" filminin çəkiliş meydançasında tanış olub. Moder o zaman vizajist Vera Steymberqlə evli olub və qadın uzun müddət boşanmağa razılıq verməyib. O, mətbuata verdiyi müsahibədə ərini "başqalarının ərlərini oğurlayana" vermək istəmədiyini bildirib. Ancaq sonda vizajist lazımi sənədləri imzalamalı olub və 2002-ci ildə Roberts sevgilisi ilə münasibətini rəsmiləşdirib.

Cütlüyün üç övladı var: 19 yaşlı əkizlər Hezel Patrişa və Finneas Uolter və 17 yaşlı oğlu Henri Daniel.

Aktrisa Moderlə evliliyini uğurlu və güclü hesab edir. Ulduzun sözlərinə görə, öpüşlər sayəsində münasibətlərdəki qığılcımı qoruyub saxlaya biliblər və bunu 20 ildən çox evlilik də təsdiqləyir.

Mənbə: Gazeta.ru

Top
0.10153698921204