Böyük Britaniya kralı III Çarlz Bukingem sarayında Baş nazir Rişi Sunakın istefasını qəbul edib.
Bu barədə kralın mətbuat xidməti məlumat yayıb.
"Parlamentin fəxri üzvü Rişi Sunak bu səhər Kralla görüş zamanı baş nazir və Xəzinədarlığın Birinci Lordu vəzifələrindən istefa verib və Əlahəzrət bunu nəzakətlə qəbul edib", - deyə məlumatda bildirilib.
Məlumata görə, Kir Starmerin rəhbərlik etdiyi müxalif İşçi Partiyasının qalib gəldiyi ölkədə keçirilən parlament seçkisindən sonra 44 yaşlı Sunak istefa verib. Yaxın dəqiqələrdə o, hökumət qurmaq mandatı almaq üçün Bukingem sarayında III Çarlz tərəfindən qəbul ediləcək.
Qeyd edək ki, Sunak 2022-ci il oktyabrın 25-dən Britaniya hökumətinə rəhbərlik edib və ölkə tarixində ilk asiyaəsilli və hinduizm dinindən baş nazir olub.
Mənbə: TASS
Böyük Britaniya parlamentinə keçirilən seçkidə Leyboristlər Partiyası qalib gəlib.
Belə ki, səslərin hesablanmasının aralıq nəticələrinə görə, müxalifət partiyası yeni hökumətin formalaşdırılması üçün lazım olan çoxluğu əldə edərək, 650 yerlik İcmalar Palatasında özünə 326 yeri təmin edib.
2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının cəmi 71 mandatı var.
Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak da Leyboristlər Partiyasının lideri Key Starmeri parlament seçkisində qələbəsi münasibətilə təbrik edib.
Mənbə: TASS