İranda seçki məntəqələrinin işi prezident seçkisində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.
Səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.
İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.
İranda növbədənkənar prezident seçkisinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami məlumat verib.
Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.
İran prezidentliyinə namizəd, İranın Ali Rəhbərinin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili növbədənkənar seçkinin ikinci turunda səs verib.
Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkinin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparırlar.
İkinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu bildirib.
Mənbə: Tasnim
İranın Ali Rəhbəri Əli Xamenei ölkədə keçirilən növbədənkənar prezident seçkisinin ikinci turunda səs verib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən İranda növbədənkənar prezident seçkisinin ikinci turuna start verilib.
Prezidentlik uğrunda 69 yaşlı islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili mübarizə aparır.
Mənbə: Tasnim
Bu gün səhər saatlarından etibarən İranda növbədənkənar prezident seçkisinin ikinci turuna start verilib.
Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparırlar.
Qeyd edək ki, iyunun 28-də İranda dörd namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçiblər.
Mənbə: Tasnim