kriminal.az

Avropa Kosmik Agentliyi "Ceyms Uebb" kosmik teleskopu tərəfindən çəkilmiş yeni şəkli dərc edib.

Burada öz formasına və görünüşünə görə qiymətli üzüyü xatırladan obyekt təsvir edilib.

Şəkil MIRI (Mid-Infrared Instrument) kamerası vasitəsilə çəkilib.

Layihə çərçivəsində "Uebb" teleskopu kvazarların müşahidələrini aparır. Onlardan biri fotoda əks olunub. O, "RX J1131-1231" kimi tanınır. Kvazar Yerdən təqribən altı milyard işıq ili uzaqlıqda Kasa bürcündə yerləşir.

Fotoşəkildə kvazar bulanıq, parlaq, müxtəlif rənglərdə işıldayan üzük kimi görünür. Qravitasiya linzalanması ilk dəfə məşhur fizik Albert Eynşteyn tərəfindən proqnozlaşdırılıb. Məlumdur ki, Kainatdakı bütün maddələr onun ətrafındakı məkanı əyir və cismin kütləsi nə qədər çox olarsa, təsir də bir o qədər güclü olur.

Mənbə: rg.ru

Top
0.32625794410706