ABŞ dövlət başçısı Co Bayden yalnız ilahi müdaxilə olduğu təqdirdə prezident seçkisindən namizədliyini geri götürəcəyini bildirib.
Ağ Ev rəhbəri bu barədə ABC-yə verdiyi müsahibədə deyib.
"Əgər qüdrətli Allah göylərdən enib mənə bunu desə, bəlkə də, belə edərəm", - deyə Ağ Ev rəhbəri vurğulayıb.
O, ABŞ Konqresinin hər iki palatasında Demokrat Partiyası fraksiyalarının rəhbərliyinin ondan seçki yarışından çıxmamasını xahiş etdiyini də bildirib.
Mənbə: Gazeta.ru