Rusiyada "Vremya" proqramının ilk aparıcılarından biri və SSRİ Dövlət Televiziya və Radio Yayımları Komitəsinin Mərkəzi Televiziyasının diktorlarından olan Aza Lixitçenko vəfat edib.
Bu barədə "Pervıy kanal" məlumat verib.
"Ekranda mükəmməl obraz - təmkinli, özünəinamlı, açıq. O, tamaşaçılara ölkənin həyatındakı əsas hadisələr barədə danışırdı və ümumxalq məhəbbəti qazanmışdı", - xəbərdə deyilib.
Bildirilir ki, Lixitçenko uşaqlıqdan aktyor olmaq arzusunda imiş və televiziya aparıcısı kastinqinə maraqdan gəlib. Lakin televiziyada iş onu cəlb edib. Nəticədə o, 1968-ci ildən 1993-cü ilə qədər "Vremya" proqramını aparıb.
Teleaparıcı 86 yaşında dünyasını dəyişib.