Volqoqradda (Rusiya) nasos stansiyasında qaz partlayışı nəticəsində iki nəfər ölüb.
Hadisə ilə bağlı artıq cinayət işi açılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Volqoqrad şəhərinin İzobilnaya küçəsində yerləşən "Su Təchizatı Konsessiya" MMC-nin kanalizasiya-nasos stansiyasında partlayış baş verib. Ardınca binanın damının bir hissəsi uçub və iki nəfərin cəsədini stansiyanın ərazisində tapılıb.
"Bu fakta əsasən, Rusiya Federasiyası İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsi (iş zamanı təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi açıb", - qurum əlavə edib.
Qaynaq işləri zamanı pozuntular hadisənin mümkün səbəblərindən biri kimi qiymətləndirilir.
Mənbə: TASS