Son 24 saat ərzində Rusiyada su hövzələrində 49 nəfər batıb.
Bu barədə iyulun 7-də ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, su hövzələrində 65 hadisə qeydə alınıb. Yeddisi uşaq olmaqla 49 nəfər həlak olub.
Bir çox hallarda ölüm səbəbi uyğun olmayan yerdə çimmək olub.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2024-cü ildə Rusiyada su hövzələrində 1 254 nəfər boğulub.
Mənbə: rossaprimavera.ru