kriminal.az
İspaniyada ilin ilk öküz qaçışı: Yaralananlar var

İspaniyanın Pamplona şəhərində San Fermin festivalı çərçivəsində 2024-cü ilin ilk öküz qaçışında ən azı altı nəfər xəsarət alıb.

Bu barədə Qırmızı Xaç Cəmiyyətinin regional bölməsi məlumat verib.

Yarış ənənəvi olaraq yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 10:00 - red.) başlayıb və təxminən üç dəqiqə davam edib.

Navarranın hamisi, müqəddəs Ferminin şərəfinə keçirilən festival təxminən bir həftə davam edəcək. Tədbirdə həm yerli sakinlər, həm də turistlər iştirak edə bilərlər.

Hər il festival zamanı yarış iştirakçılarının xəsarət alması halları qeydə alınır.

Mənbə: TASS

Top
0.087002992630005