kriminal.az
Avropada ən çox satılan avtomobil məlum oldu

Avropa bazarında minik avtomobilləri arasında satış lideri əvvəllər "Renault" brendi altında istehsal edilən "Dacia Sandero" hetçbeki olub.

2024-cü ilin may ayına olan məlumata görə, bu avtomobillərdən 117,3 min ədədi Avropanın 43 ölkəsində satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,5% çoxdur.

İlk üçlüyə həmçinin "Renault Clio" (111,5 min avtomobil) və "Volkswagen Golf" (111 min avtomobil) daxil olub.

Sonrakı yerləri "Volkswagen T-Roc" (94,9 min avtomobil) və "Citroen C3" (94 min avtomobil) tutub.

İlk onluğa həmçinin "Dacia Duster", "Skoda Octavia", "Toyota Yaris", "Tesla Model Y" və "Opel Corsa" daxildir. Bu modellər 80 min ədəddən az satılıb.

Xatırladaq ki, Avropa bazarı Asiya və Amerika bazarlarından sonra dünyada üçüncü ən böyük avtomobil bazarıdır. 2023-cü ildə Avropada 16,7 milyon yeni avtomobil satılıb (+17,5%).

Mənbə: rossaprimavera.ru

Top
0.06207799911499