Solçuların "Yeni Xalq Cəbhəsi" koalisiyası Fransada parlament seçkisində 182 yer qazanmaqla liderdir.
Bu barədə "Le Monde" Daxili İşlər Nazirliyinin məlumatına istinadə xəbər yayıb.
Makronun koalisiyası 168 mandatla ikinci yerdədir.
Marin Le Penin Milli Birlik Partiyası 143 mandatla üçüncüdür.
"Le Parisien" qəzeti isə bir qədər sonra DİN-ə istinadən fərqli rəqəmlər açıqlayıb: "Yeni Xalq Cəbhəsi" - 174, Makron koalisiyası - 156, Milli Birlik - 143 mandat.
Fransanın bütün ərazisində Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkinin ikinci turu başa çatıb.
İkinci turunnəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilməyib.
Beləliklə, "Yeni Xalq Cəbhəsi" solçu alyansı Fransada növbədənkənar parlament seçkisinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.
Eyni zamanda, "Respublika Naminə Birlik" prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı "Milli Mitinq" partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.
Verilən məlumata görə, solçu qüvvələrin tərəfdarları Parisin mərkəzindəki Respublika meydanına toplaşmağa başlayıblar və mitinq keçirmək niyyətindədirlər.
Hazırda polis və jandarm qüvvələri hər hansı qayda pozuntusunun qarşısını almağa hazırlaşır. Təhlükəsizliyi Parisdə 5 min, bölgələrdə isə 30 minə yaxın hüquq-mühafizə orqanları təmin edir.
Mənbə: TASS