kriminal.az
Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə yanğını başlayıb.

Bu barədə Muğla Meşə Regional İdarəsi xəbər yayıb.

Bildirilib ki, yanğına havadan və qurudan müdaxilə edilir.

Bundan başqa Balıkesir vilayətində də meşə yanğını başlayıb.

Bu barədə vali İsmayıl Ustaoğlu özünün "X" hesabında xəbər verib.

Onun sözlərinə görə, təbii fəlakət bölgəsinə iki təyyarə, iki helikopter, 15 yanğınsöndürən maşın, doqquz su təchizatı maşını və s. cəlb olunub.

"Yanğını nəzarət altına almaq mümkün olub", - deyə o bildirib.

Mənbə: TRT Haber

Top
0.15702700614929